Qadın küçəyə pul səpələdi – VİDEO

Çində kefi pozulan qadın pulunu havaya sovurub

İstiPress-in məlumatına görə, əhval-ruhiyyəsi pis olan qadın 2min dollardan çox pulunu küçəyə atıb.

Gənc qadın küçənin ortasında çantasından pulları çıxarıb və əskinasları ora-bura atmağa başlayıb.

Maraqlıdır ki, küçədən keçənlər ancaq qadını izləməklə kifayətləniblər. Onlar əskinasları toplamayıblar.

Pulları hadisə yerinə gələn polis yığıb. Ümumi dəyəri 2374 dollar olan pul sahibinə geri qaytarılıb. Qadın öz davranışını kefinin pis olması ilə izah edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR