“Qalatasaray” Podolskini Yaponiya klubuna satıb

Türkiyə “Qalatasaray”ının futbolçusu Lukas Podolski mövsümün sonunda Yaponiyanın “Vissel Kobe” komandasına keçəcək. “Report”un İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı hücumçu 2,6 milyon avroya satılıb.

Anlaşmaya əsasən, Podolski mövsümün sonunadək qarşılaşmaların 75 faizində forma geyinsə və “sarı-qırmızılar” 2017-2018 mövsümündə Çempionla Liqasının təsnifat və ya qrup mərhələsinə vəsiqə qazansalar, “Vissel Kobe” daha 200 min avro ödəməli olacaq.

Qeyd edək ki, Lukas Podolski martın 22-də İngiltərəyə qarşı keçiriləcək yoldaşlıq matçında Almaniya yığması ilə vidalaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR