Qeyri adi yollarla zəngin olan 10 insan

Zəngin olmaqüçün müxtəlif üsullardan bəhs edilsə də konkret bir yolun olduğu deyilə bilməz.Dünyanın ən zəngin insanları, pullarını fərqli şəkillərdə qazanıblar.Pul qazanmaqüçün bir çox yollar olsa da hər zaman işlər uğurlu olmaya bilər.Mərc oyunları,lotereyavə yazənginbir qohumdan qalan miras kimi olduqca nadir qarşılaşılacaq vəziyyətlər həyatımızı dəyişə bilər. Bu kimi hallar olduqca nadirdir və bu qəribə halların bir çoxu insanların həyatları boyunca qarşısına çıxmaya bilər.

Sıradan bir həyat sürən insanlar, bəzən tamamilə qəribə şəkillərdə zəngin olurlar. Ümumiyyətlə bu insanlar böyük bir xəzinə kəşf edə, bir qəribə iş modeli ilə inanılmaz dərəcədə müvəffəqiyyətli ola bilərlər. Heyrətləndirici hekayələrin yer aldığı bu yazımızda, yuxarıda göstərdiyimiz şəkildə zəngin olan insanlardan bəhs etmişik.

Richard T. James

Richard T. James,dəniz donanmasında mühəndis olaraq çalışırdı. O, gəmi səfərlərində pis hava şərtləri zamanı özünə mənəvi dayaq olacaq telli bir oyuncaq hazırlamaq qərarına gəlir.Slinkyadıyla tanınan bu oyuncağı hazırlamaq üçün olduqca çox vaxt lazım gəlir.James500 dollar kredit alaraq oyuncağı ərsəyə gətirmək üçün cihaz istehsal edir.

Maraqla qarşılanan bu oyuncaq üçün məşhur uşaq oyuncaqları dükanında təqdimat mərasimi keçirilir.Təqdimatdan sonra az qala oyuncağın hamısı satılır. Şirkət daha sonra 300 milyondan çoxSlinkyistehsal edir və dünyada bu oyuncaq olduqca səs salır və təbii ki Jamesə də yaxşı pul qazandırır.

David Cheriton

63 yaşındakıKanadalımilyarderDavid Cheriton1981-ci ildən bəriStanfordUniversitetindəmüəllimlik edir. O informatika müəllimidir. Ancaq 3.3 milyard dollarlıq sərvətin səbəbi müəllimlik deyil.Davidsərvətini universitet tələbələrinə iş planı və investisiya fikirləri verərək əldə edib.

Rick Schwartz

Rick Schwartz, ilk olaraq 1995-ci ildə məşhur olan domen adlarını almaq fikrinə gəldi.Rick, məşhur sahə adlarının axtarış sistemində daha da məşhur olacağını düşündü və sonra saytlara reklam yerləşdirdi. Bu saytlar təvazökar bir gəlir gətirməyə başladı. AncaqSchwartz, yalnız reklamlardan deyil eyni zamanda onların satışından da pul əldə etmə fikrinə düşündü.

Amerikadadoğulan təşəbbüskar, 1995-ci ildən bu yana 500.000 dollardan çox bir qiymətlə 20 sahədə satış etdi.Rick Schwartz, bir sayt üçün satdığı reklam sahəsindən 1.3 milyon dollar, başqa bir sayt üçün satdığı sahədən isə 3 milyon dollar qazandı. İş adamı 1997-ci ildə da 10.000 dollar üzərindəki qiymətlərlə bir çox reklam yeri satdı.

Gary Dahl

Gary Dahlbir gün dostları arasından heyvan baxımının çətinlikləri ilə əlaqədar danışmalarına şahid olur. Ağlına onları bu zəhmətdən qurtaracaq “qaya heyvanı” adlı ideya gəlir. Yaratdığı heyvan modeli bəsləmə, baytar kimi zəhmətlər istəməyən və olduqca xərcsiz olan bir xüsusiyyətə sahib idi. Yoldaşları bu düşüncəni çox ciddiyə almadı, ancaq Dahl məhsulu inkişaf etdirməyə başladı və “Qaya Hayvanı”nı ərsəyə gətirdi. “Qaya Heyvanı” istifadə təlimatları və samandan ibarət yataq ilə müştərilərə təqdim edilir. Olduqca məşhur olan bu məhsul qısa zamanda çoxlarının istəyinə çevrildi.

Jason Sadler

Jason, xidmətlərini satmağı sınamaq üçün 2009-ci ildə, olduqca unikal olan web saytı iwearyourshirt.comu hazırladı. Müəyyən bir ödəniş qarşılığında Sadler, bütün gün şirkətin maykalarını geyəcəkdi.

Sadler qiymətləri; 1 Yanvar üçün 1 dollar, 2 yanvar üçün 2 dollar, 31 dekabr üçün 365 dollar olaraq təyin etdi. Sonunda Sadler, ildə 80.000 dollardan çox qazandı. Daha sonrakı illər, qiymət iki qatına çıxdı. Ayrıca xidmət mövcudluğunu artırmaq və daha çox pul əldə etmək üçün bu köynəyi geyəcək insanlar tutdu.

Ched Mureta

Əmlakçı, 2009-ci ildə yol qəzası keçirdi. Ciddi xəsarət aldı və 6 ay xəstəxanada müalicə aldı. Müalicə əsnasında həkimlərin iPhonenuna rahatlıqla daxil olmağın mümkün olduğunu gördü.

Mureta, telefonlara bəzi əlavə təhlükəsizlik xüsusiyyətləri üçün barmaq izin tətbiqini hazırladı. İxtiraçı, 1.800 dollarlıq bir təklif ilə tətbiqi inkişaf etdirəcək birini tapdı. Ögey atasının kredit kartını istifadə edərək App Store proqramını başlatdı və 620.000 dollardan daha çox gəlir əldə etdi.

Eric Lawes

1992-ci ildə Eric Lawes, itirdiyi çəkici axtarmaq üçün yoldaşından metal sonsoru (metal axtaran) istəyib. Eric çəkici axtararkən minlərlə il əvvələ aid gümüş və bürünc sikkə, zərgərlik və digər tarixi qalıqlara rast gəlir. Birləşmiş Krallıq qanunlarına uyğun olaraq Lawes və ərazi sahibinə 3 milyon dolları ikiyə bölərək təqdim edilir.

Guy Laliberte

Kanada doğulanGuy Laliberte, sirk karyerasına küçə çalğıçılığı edərək, akordiyon çalaraq, ipin üzərində kəndirbazlıq edərək və atəş udaraq başlamışdır. 1987-ci ildə Los Angeles İncəsənət Festivalına Quebecdən müvəffəqiyyətli bir rəqsçi qrupunu dönüş bileti belə almadan gətirərək riskli bir cəhd etmişdir. Şansı gətirmiş və sirk qrupunu Las Vegasa gətirərək bu gün tanıdığımız dünya tərəfindən məşhur Cirque de Soleili yaratmağı bacarmışdır.

Cirque du Soleil, hazırda müzakirəsiz dünyanın ən məşhur və müvəffəqiyyətli sirkidir. Sirk, 4.000-dən çox işçisi və 90 milyondan çox izləyicisi ilə dünya səviyyəsində məşhurluğa malikdir. Nümayiş, hər il nizamlı 800 milyon dollar gəlir əldə edir. Bu təşkilat Laliberteyə təxminən 1.8 milyard dollar qazandırır.

bizplus.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR