Ərəb investorlar bu il Türkiyə iqtisadiyyatına 70 mlrd. dollar pul qoyacaq

İstanbulda (Türkiyə) ənənəvi Türk-Ərəb İqtisadi Forumu keçirilib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, forumda ərəb ölkələrindən təxminən 500 investor iştirak edib.

İş adamları Türkiyənin baş nazirinin müavini Mehmet Şimşeklə görüşüblər. Nazir ərəb investorları ölkəsinin iqtisadiyyatına yatırımlarda fəal olmağa səsləyib.

Onun sözlərinə görə, təmsil etdiyi hökumət bu il ərəb iş adamlarının Türkiyəyə sərmayə qoyuluşunun həcminin 70 mlrd. ABŞ dollarına çatacağını gözləyir.

Qeyd edək ki, Türk-Ərəb İqtisadi Forumları 2005-ci ildən keçirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR