Ramzan Kadırovun qızı geyimlərini nümayiş etdirdi (VİDEO)

Rusiya Federasiyası, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun qızı Ayşat Kadırova ilk geyim kolleksiyasını təqdim edib.

 BAKU.WS xəbər verir ki, prezidentin modelyer qızının 30-yaxın ipək, şifon, məxmərdən və fransız gupurundan hazırlanmış ziyafət geyimləri təqdim edilib. Sərgi müasir müsəlman qızının obrazı adı ilə nümayiş etdirilib.
Qeyd edək ki, çeçen prezident öz həmkəndlisi və məktəb yoldaşı Mədinə Kadırova ilə evlidir. Bu xanım media üçün o qədər də açıq qadın deyil. Sərt çeçen həyat tərzi ilə yaşayan Ramzan Kadırov ailəsi haqqında geniş söhbət açılmasını xoşlamır.
Birinci ledi Mədinə Musa qızı Aydəmirova 1978-ci ildə anadan olub. Orta məktəbdən Mədinəni sevən Ramzanla nikahından 7 uşaq dünyaya gəlib- 4 qız və 3 oğlan. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm. Babası Əhməd Kadırovun adını daşıyan nəvə 2005-ci ildə anadan olub. Onun dünyaya gəlişi Çeçenistanda böyük atəşfəşanlıqla qeyd edilib. O zaman körpənin doğulduğu çərşənbə axşamı qeyri-iş günü elan edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR