Roman Qriqorçuk: “Qol vurmaq üçün intellekt yüksək olmalıdır”

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun ilk yarımfinal səfər matçında “İnter” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

“Report”un məlumatına görə, 52 yaşlı ukraynalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Komandanız son oyunlarda xeyli sayda qol vəziyyəti yaratsa da, reallaşdırmaqda çətinlik çəkir. Bu nə ilə bağlıdır?

– Səbəblər bir neçədir. Bir sözlə ifadə etsək, ustalıq səviyyəsi çatmır. Uşaqlara yazığım gəlir, qol vəziyyətləri çox olsa da, istifadə edə bilmirlər. Bunun üzərində işləməliyik. Qol vurmaq üçün intellekt yüksək olmalıdır.

Biz oyunlarımızı düşünürük. Ağır oyundan sonra istirahət etmək, bərpa olunmaq lazımdır.

– Daniel Subotiç əvəzlənərkən məyus görünürdü. Zədəli idi?

– Xeyr, buna zədə deməzdim. Onu başa düşürəm, 2 qol vurdu. Yenə də fərqlənə bilərdi. Ona görə də, məyusluğunu anlayıram.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR