Rusiya bu bölgəyə trilyonlarla investisiya qoyur

Arktika bölgəsində münaqişə riski yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Arxangelskdə baş tutan Beynəlxalq Arktika Forumunda çıxışı zamanı deyib.

“Beynəlxalq hüquq normaları ortaq həll yolu üçün şəffaf zəmin hazırlayan digər ölkələrin haqlarını müdafiə edir. Rusiya, ABŞ, Kanada, Norveç və Danimarka kimi ölkələrin həll edəcəyi başlıca məsələ bölgədə sərhədlərin müəyyənləşdirilməsi və qeyri-leqal balıq ovunun qarşısının alınmasıdır”, – Putin bildirib.

Dövlət başçısı onu da əlavə edib ki, Rusiya Arktikaya trilyonlarla rubl investisiya qoyacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR