Rusiyada spirt məhdudiyyəti 90 gün uzadıldı

Rusiyada tərkibində spirtin həcmi 28 faizdən çox olan qeyri-içki məhsullarının satışına qadağanın müddəti daha 90 gün uzadılıb. Novator.az-ın məlumatına görə, Rusiyanın baş dövlət sanitar həkimi Anna Popovanın sərəncamı ilə tərkibində spirt olan qida məhsulları – aromatik əlavələrin də satışı 90 gün müddətinə yasaqlanır.

Ötən ilin dekabr ayında Rusiyanın İrkutsk vilayətində kütləvi zəhərlənmə baş verib, 80-dək adam ölüb. Zəhərlənməyə metil spirti tərkibli yemişan suyu səbəb olub. Bundan sonra Rusiyada tərkibində spirtin həcmi 25 faizdən çox olan qeyri-içki məhsullarının pərakəndə satışına 30 günlük qadağa qüvvəyə minib. Sonradan qadağanın müddəti daha 60 gün – aprelin ortalarına kimi uzadılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR