Şəmkir sakini avtomobilində güllələndi – VİDEO

Şəmkirdə silahlı insident baş verib.

ARB TV xəbər verir ki, Dəllər Daşbulaq kənd sakini Cavid Şirinov güllə yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ayağından güllə yarası aldığı müəyyən edilib. Zərərçəkən əməliyyat olunub.

Şəmkir RPŞ-dən verilən ilkin məlumata görə, Cavid Şirinov naməlum şəxs tərəfindən Dəllər Cəyir kəndi ərazisində idarə etdiyi “Niva” markalı avtomobildə güllələnib. Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR