Şəmkirdə mənzil partladı: xəsarət alan var – VİDEO

Şəmkir rayonu Kür qəsəbəsində mənzildə partlayış baş verib.

ARB TV xəbər verir ki, hadisə Cahan Hacıyevə məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı tikilinin qapı və pəncərələri sınıb.

Hadisə zamanı evdə olan Gülnarə Hacıyeva əl və üz nahiyəsindən yanıq xəsarəti alıb. Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR