Sürücü 2 piyadanı vurub qaçdı – 1 ölü, 1 yaralı – VİDEO

Bir piyadanı xəstəxanalıq edən sürücü, digərini də öldürüb qaçdı

Bərdədə baş verən yol qəzasında 17 yaşlı oğlan xəsarət alıb.

ARB TV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini İlqar Məmmədovu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobillə vurulub. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Sürücü isə hadisə yerini tərk edib. Tərtər istiqamətindən qaçmaq istəyərkən, Bərdə-Tərtər yolunda Bərdə rayon yaşıllaşdırma idarəsinin süpürgəçisi 63 yaşlı Məlahət Yusifovanı vurub. Qadın aldığı xəsarətlərdən yerində ölüb, sürücü isə buradan da qaçıb.

Polis əməkdaşları məsuliyyətdən yayınmağa çalışan şəxsi saxlayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR