Şvaynştayqer “Çikaqo”nun oyunçusu qismində rəsmən təqdim olunub

Alman yarımmüdafiəçi Bastian Şvaynştayqer ABŞ-ın “Çikaqo Fayr” klubunun futbolçusu qismində təqdim olunub.

“Report” xəbər verir ki, bu barədə Amerika klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Uzadılma mümkünlüyü ilə bir il müddətinə nəzərdə tutulan müqavilənin şərtinə görə, “Mançester Yunayted”dən transfer olunan 32 yaşlı oyunçu ilinə 4,5 milyon dollar qazanacaq.

Şvaynştayqerin yeni klubunda debütü aprelin 1-də MLS çempionatının “Monreal”a qarşı keçiriləcək ev oyununda ola bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR