Türkiyə Suriyada “Fərat qalxanı” əməliyyatını başa çatdırıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında başladığı “Fərat qalxanı” əməliyyatı uğurla başa çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilir.

“Qeyd olunub ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb”, — deyə MTŞ-nin bəyanatında vurğulanır.

Türkiyə ordusu 24 avqust 2016-cı il tarixində İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatına başlayıb, Suriya müxalifətinin iştirakı ilə sərhəddə yerləşən Cərablus, həmçinin Əl-Bab şəhərlərini azad edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR