UEFA “Barselona” – PSJ matçının hakimindən narazı qaldı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Barselona” – PSJ (6:1) matçının baş hakimi Deniz Aytekinin idarəçiliyi yüksək qiymətləndirilməyib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qarşılaşmanın hakim-inspektoru olan UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina türk əsilli alman referinin idarəçiliyini aşağı balla dəyərləndirib. Onun bu səbəbdən cari ildə beynəlxalq yarışlara təyinat almayacağı bildirilir.

Qeyd edək ki, Aytekin idarəçiliyi “Barselona”nın lehinə verdiyi və rəqibin cərimə meydançasının daxilində Di Mariyaya qarşı edilən qayda pozuntusunu penalti kimi dəyərləndirmədiyi üçün narazılıqla qarşılanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR