“Xəstəxanaya gedəcəkdik, pulumuz qalmadı” – Yevlaxda ev külə döndü – VİDEO

Yevlaxda yanğın hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Heydər Əliyev küçəsi, 63 ünvanında, Rima Əsədovaya məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev yanıb.

Fərdi yaşayış evini cənginə alov içəridəki əşyaları və sənədləri sıradan çıxarıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb edilib. Alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan yoxdur. İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verib. Ailəyə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Dəqiq səbəblər araşdırılır.

Bahar Əsədova- ev sakini: “Bu ev 3 insanın evidir, yığışıb bir evdə oluruq. Yəni bu 3 evdən 1 dənə nişanə qalmayıb, xəstəmiz vardı, sabah xəstəxanaya aparacaqdıq, o puldan 1 dənə belə qalmayıb”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR