“2 manatını qaytardıq ki, yol pulu edərsən” – Oğrulardan “nümunəvi” addım – VİDEO – FOTO

Türkiyə vətəndaşı Gülaşı Səlahəddin Mehmet polisə müraciət edərək, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində iki nəfər naməlum şəxsin ona hücum edib, döydüyünü və 1700 manat pulunu aldığını bildirib.

ARB TV xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində inayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Rəşad Sadıqov və Elbrus Məmmədov saxlanılıb.

Rəşad Sadıqov – Saxlanılan şəxs: “Yolda mübahisəmiz düşdü. Elbrusla itələdik, yıxıldı. Pulları töküldü, götürdük, çıxdıq getdik”.

Elbrus Məmmədov – Saxlanılan şəxs: “Türk qabağımıza çıxdı. Bizdən siqaret istədi, gördük ki, piyandır. Çəkdik tinə.Türkü itələyib, yıxdıq. Rəşad pulunu götürdü, mən də pul qabısını. Yıxıldı, vurduq qaçdıq. Türkün cibindən ümumi 1580 manat pul götürüb, böldük. Adama 750 manat pul düşdü”.

Saxlanılan şəxslərin  ətrafında  aparılan əməliyyat tədbirləri nəticəsində onların başqa cinayətlərinin də üstü açılıb.

Belə ki, Rəşad Sadıqov və Elburus Məmmədov mart ayının 19-u gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Vüqar Nəhmətovu Sumqayıt şəhəri ərazisində bıçaqla hədələyərək, 21 manat pulunu, mobil telefonunu və gödəkçəsini alıblar.

Elbrus Məmmədov – Saxlanılan şəxs: “Ayıq sürücünün pulunu istədik. Birinci pulunu vermək istəmədi. Rəşad bıçağı cibinə qoydu. Mən Rəşadın cibindən bıçağı çıxartdım. 6 manat bir, 15 manatda bir pul verdi. 2 manatını qaytardıq ki, Bakıya gedirsən yol pulu edərsən”.

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR