23 ölkədə mindən çox adam edam olunub

2016-cı ilin hesabıatının özəlliyi ondadır ki, ABŞ 2006-cı ildən sonra ilk dəfə ilk beşliyə düşməyib. Ötən il ABŞ-da 20 nəfər edam olunub. Bu 1991-ci ildən sonra ən aşağı göstəricidir.

Məruzə müəllifləri edam hökmlərinin yerinə yetirilməsində azalmanı müsbət tendensiya kimi qeyd ediblər. Əgər 1997-ci ildə bu təcrübə 40 ölkədə tətbiq olunurdusa, 2016-cı ildə 23-ə qədər azalıb. Eyni zamanda Belarus, Botsvana, Nigeriya və Fələsində ölüm hökmlərinin yerinə yetirilməsi bərpa olunub.

Hazırda dünyanın 104 ölkəsində ölüm hökmü ləğv olunub. Daha 37 ölkədə isə moratorium qüvvədədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR