Bölmələr


“3-4 günlük görüşürdük, uşağım olmadı, ayrıldıq” – Xalq artistindən şok açıqlamalar

“Yoldaşım 3 dəfə evlənib”

“At məni götürüb atdı yerə, hələ də belim ağrı”

“Boşanandan sonra oğlu ilə yanıma gəldi”

Mediadan qaçan Səfurə İbrahimova illər sonra maraqlı açıqlamalar verdi.

AzNews.az xəbər verir ki, ARB TV-nin “Elin gözü” verilişində xalq artisti Səfurə İbrahimova aparıcı Elgiz Əkbərə eksklüziv müsahibə verib.

O, öz ailəsindən bəhs edib:

“Babamın dükanları olub. Atam da onun yanında işləyib. Biz sürgün həyatı keçirmişik. 5 il sürgün edildik. O zaman 3 yaşım vardı. Ailədə 8 nəfər olmuşuq. Babamdan qalan mülk əlimizdən çıxmışdı. Mülklərimiz hökumətin ixtiyarına keçmişdi. Qohumlarımız çoxdur, hamısında bir az qaldıq. Sonra atamın xalası oğlu bizə ev tutdu. 9-10 kvadrat metrlik evdə böyümüşəm. Çox çətin idi. Sonra böyük sənətkarımız Hökümə Qurbanova mənə kömək elədi. Atam vəfat edəndə bizə gəldi, evi görüb şoka düşdü. Lazımı yerlərə müraciət elədi. Sonra mənə ev verdilər. Sonra ağır xəstələndim, evə heç kim gəlmirdi. Ətrafımdakılara demişdilər ki, yoluxucu xəstəliyə tutulmuşam. Yalandan danışırdılar”.

Daha sonra xalq artisti “Qatır Məmməd” filmindəki rolundan və çəkiliş vaxtı yaşadığı çətin anlardan danışıb:

“O filmdə at belindəki rolumu çoxlu məşq etmişdim. Atın boyu alçaq idi. At məni götürüb atdı yerə. Mən qorxdum, istəmədim oynamaq. Sonradan məni şirin dilə tutdular, hazırlaşdırdılar. Çəkiliş çox isti zamanda idi. Çəkiliş meydançası isə qayalıq idi. O istinin altında hərəkət etmək çətin idi. İndi də belim ağrıyır. Rahat oturub-dura bilmirəm”.

Səfurə İbrahimova ailə həyatından da söz açıb:

“Ailə həyatı qurdum, uşağım olmadı. 5 ildən sonra ayrıldıq. Yoldaşım polis işçisi idi. Ukraynada işləyirdi. Yoldaşım qürbətdəydi deyə, 2-3 aydan bir, 3-4 günlük görüşürdük. Uşaq olmurdu deyə ayrılmaq istədi. Evlənib artıq. Bir dəfə oğlu ilə gəldi. Qapını açdı girdi içəri. Qara uşaq idi. Onun da anası ilə boşanmışdı. Sonra yenə evləndi. Mən daha sonra evlənmədim heç kimlə”.

O, indi ona ssenari təklif edilsə, oynayıb-oynamayacağı haqda suala belə cavab verib:

“Mən baxaram vəziyyətə. Yalan danışa bilmərəm ki, imkanlarıma baxaram. Görərəm ki, bacararam, onda olar. Elə olur ki, insan 100 yaşında belə oynadığı rolla “peçat” vura bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR