4 otaqlı ev əşyalarla birlikdə kül oldu – VİDEO

Zaqatalada yaşayış evi yanıb. ARB Şəki xəbər verir ki, hadisə axşam saatlarında rayonun Əliabad qəsəbəsində, Azi Uveys qızı Ramazanovaya məxsus 4 otaqlı evdə baş verib. Əraziyə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR