55 yaşlı kişi necə qap qaççı oldu – Bakıda qadının çantasını belə oğurladılar -VİDEO

Bakıda yaşlı kişi qadına qarşı zor tətbiq edərək əlindəki çantasını alaraq qaçıb.

Qafqaznews.az Xəzər TV-yə istinadən məlumat verir ki, cinayət hadisəsi ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş Zərifə Şahverdiyeva ərazi üzrə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə məlumat verib ki, Mircəlal küçəsində olarkən bir kişi ona qarşı soyğunçuluq edib.

Qadın ifadəsində bildirib ki, içində 40 manat pul, mobil telefon, bankomat kartları və sənədi olan çantasını həmin yaşlı kişi zorla əlindən alaraq qaçıb. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Polis müəyyən edib ki, soyğunçuluq cinayətini Bakı şəhər sakini 55 yaşlı Elçin Şabanov törədib. Cinayətkar elə həmin çanta ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırma zamanı məlum olub ki, E.Şabanov əvvəllər də soyğunçuluq və yol-nəqliyyat hadisəsinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Elçin Şabanov barəsində cinayət işi başlanıb

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR