60 illik evliliklərindən sonra həyat yoldaşı vəfat etdi – Arvadı pul kisəsindən elə bir qeyd tapdı ki

Jimmy və Billie Breland 1954-ci ildə dünya evinə girdilər. Həyata dair bütün gözəl hadisələri təcrübə etdilər. İllər keçdikcə uşaqları və sonra da nəvələri oldu.

Sfera.az bildirir ki, birlikdə keçirdikləri 60 ildən sonra Billie həyata gözlərini yumdu. Jimmy, günlərlə xəstəxanada yoldaşının yanında gözlədi. 13 Yanvar 2015 tarixində Billie əbədi yuxuya getdi.

Iki gün sonra Jimmy pul kisəsindən əl yazısı ilə yazılmış bir məktub tapdı. Oxuyunca gözyaşlarını tuta bilmədi.

Evlilikləri ərzində Billie istər marketə gedərkən istərsə də başqa məqsədlər üçün özünə kiçik qeydlər hazırlayırdı. Jimmy, pul kisəsində yenə belə bir Qeyd görüncə, bunun əhəmiyyətsiz olduğunu düşündü.

Ancaq məktubu açanda heç gözləmədiyi növdən bir şeylə qarşılaşdı.

Məktubda, sevgi sözləri yer alırdı:
Mən ölüncə lütfən ağlama!
Keçirdiyimiz illəri xatırla və gülümsə.
Gedəcəyim yerdə xoşbəxt olacağımı xatırla!
Təkrar bir araya gələcəyimizi xatırla!
Təkrar görüşəcəyik!

Məgərsə Billie illərdir bu qeydi pul kisəsində daşıyırmış. Jimmynin əlinə özü vəfat edincə bir şəkildə keçəcəyini bilirmiş.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR