7 ton mənşəyi məlum olmayan ət satıcısı tutuldu – VİDEO

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobili saxlanılıb.

ARB TV xəbər verir ki, avtomobilin yük yerinə baxış zamanı hər biri 20 kq olmaqla ümumilikdə 50 qutu (1000 kq) ət aşkarlanıb.

Avtomobilin yükləndiyi özəl şirkətlərdən birinə məxsus Daşkəsən rayon Quşçu kəndi ərazisində yerləşən kəsim emalı fabrikinə baxış keçirilən zaman oradan daha 4 ədəd baş, ümumi çəkisi 5680 kq olan qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan ət aşkarlanaraq götürülüb.

Rayon Baytarlıq İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. İlkin müayinələr zamanı ətin mənşəyinin məlum olmadığı aşkarlanıb. Ətdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR