ABŞ alman şirkətini 2,8 milyard cərimələdi

ABŞ-ın Miçiqan ştatındakı Detroyt Federal Məhkəməsi Almaniyanın “Volksvagen” avtomobil konserninin 2.8 milyard dollar həcmində cərimə edilməsi ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“Bu korporativ acgözlükdən kim zərər çəkəcək? Görünür, “Volksvagen” nümayəndələri böyük miqdarda məbləğə görə bu qanunsuzluğa göz yumublar. Həmişə olduğu kimi zərərçəkənlər adi istifadəçilərdir” – deyə hakim Şon Koks məhkəmədə bildirib.

Qeyd edək ki, şirkət 1.5 milyard dolları yalnız avtomobil istifadəçilərin hüquqlarının pozulduğu üçün ödəyəcək.

Xatırladaq ki, “Volksvagen” şirkəti “dizel skandalı” ilə gündəmə gəlmişdi.

Belə ki, sözügedən avtomobillərin işləmə mexanizminin ekologiya üçün həddən artıq ziyan vurduğu bildirilirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR