ABŞ ilə Şimali Koreya müharibəyə başlasa ən təhlükəsiz valyuta İsveçrə frankı olacaq

ABŞ ilə Şimali Koreya arasında müharibə başlasa ən təhlükəsiz valyuta İsveçrə frankı olacaq.

“Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu barədə təhlil-hesabatda Danimarkanın “Danske Bank”ının analitiki Allan Fon Mehren (Allan Von Mehren) bildirib. Onun sözlərinə görə, müharibə başlasa Asiya valyutalarından Çin yuanı və Koreya vonu ən ciddi mənfi təsirə məruz qalan pul olacaq. Hər zaman problemli şəraitlərdə təhlükəsiz valyuta hesab edilən yapon yeninin də bölgəyə yaxın olması səbəbindən ucuzlaşması proqnozlaşdırılır.

ABŞ dollarının bütün valyutalarla müqayisədə kəskin bahalaşması gözlənilir. Digər ciddi ucuzlaşması gözlənilən valyutalar sırasında isə Cənubi Afrika randı, türk lirəsi, meksika pesosu göstərilib. Metal istehsalçısı ölkələr Braziliya və Çilinin həm iqtisadiyyatlarının, həm də valyutalarının devalvasiyası ehtimal olunur. Analitik müharibə durumunda neftin qiymətinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb.

ABŞ Federalı Ehtiyat Sisteminin (FED) bu durumda faizlər artırmaqdan imtina edəcəyi gözlənilir. Bu da ABŞ istiqrazlarının faizlərinin düşməsinə, qiymətinin isə artmasına gətirib çıxaracaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR