ABŞ koalisiyası Suriyanın ittihamına cavab verdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya “İslam dövləti” (İŞİD) terror qruplaşmasının silah anbarına hava zərbəsi endirmədiyini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Koalisiya bu rayonda zərbələr endirməyib. Suriyanın iddiaları həqiqətəuyğun deyil, yanlış informasiya bilərəkdən yayılıb”, – Amerika HHQ polkovniki Con Dorrian bildirib.

Daha öncə, aprelin 13-də Suriya Silahlı Qüvvələrinin baş qərargahından bildiriblər ki, çərşənbə günü Beynəlxalq Koalisiya təyyarələri saat 17:30-17:50 arası Deyr-əz-Zora şəhəri yaxınlığında yaraqlıların mövqelərinə hücum edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR