ABŞ prezidenti Suriyada iştirakı genişləndirməyi planlaşdırmadığını bildirib

ABŞ prezidenti Donald Tramp “Fox Business”ə müsahibəsində bildirib ki, Vaşinqton Suriyadakı hərbi münaqişədə öz iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, “biz Suriyaya getməyəcəyik” deyən Tramp ABŞ-ın Suriyada məhz hansı hərəkətləri etməmək niyyətində olduğunu dəqiqləşdirməyib.

Amerika prezidenti bununla yanaşı Suriyanın Homs əyalətində yerləşən Şayrat aerodromunun “Tomaqavk” raketləri ilə vurulmasını şərh edib.

“Mənim etdiyimi, əvvəlki Obama administrasiyası xeyli əvvəl etməli idi”, – deyə Tramp qeyd edib və bildirib: “Düşünürəm ki, hazırda Suriyada vəziyyət əvvəlkindən xeyli yaxşı olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR