ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

Qafqaznews.az  APA-ya istinadən xəbər verir ki, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə  ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

Komandanlıq nümayəndəsi sınağın bir əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, – deyə polkovnik Con Moss bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR