ABŞ-ın raket zərbələri nəticəsində 4 Suriya hərbçisi ölüb, aviabaza tam dağıdılıb

“ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var”.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib. O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.

Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR