Abşeronda jurnalistin evini dağıtdılar

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun evini dağıdıblar.

Qafqaznews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin dostları məlumat veriblər.

Jurnalist ev tikməklə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin razılıq, memarlığın təsdiq etdiyi sənədlərin olduğunu bildirib.

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmmədovadır. Jurnalist dağıdılan evi Saray qəsəbəsində tikib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR