Aİ Türkiyənin quruma daxil olmasına dair danışıqları dondurmaq niyyətindədir

Aİ Türkiyənin konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumdan sonra ölkənin quruma daxil olmasına dair danışıqların müvəqqəti dayandırılmasını müzakirə etmək niyyətindədir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Welt” qəzeti məlumat yayıb.

“Bu mövzu Aİ ölkələrinin xarici işlər nazirlərinin gələn həftənin sonunda (28-29 aprel) Maltada keçiriləcək görüşünün gündəmində olacaq. XİN rəhbərləri Avropa Komissiyasını Ankaranın quruma daxil olmaq üzrə əsas şərtləri pozmadığını və müvafiq olaraq danışıqları dondurmaq lazım olduğunu nəzərdən keçirməyə çağıracaqlar”, – nəşr vəziyyət ilə yaxından tanış olan Avropa diplomatının sözlərini sitat gətirib.

“Welt”in məlumatına görə, Aİ Avropa komissiyasının yaxın zamanda Ankara ilə danışıqları qeyri-müəyyən müddətə saxlamaq barədə tövsiyəsindən çıxış edir. Səbəb isə “Türkiyədə azadlıq, demokratiya və insan haqlarının ciddi və mütəmadi olaraq pozulmasıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR