Albaniya yeni prezidentini seçib

Albaniya parlamenti İnteqrasiya naminə Sosial Hərəkatın lideri İlir Metanı ölkənin yeni prezidenti seçib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, prezident səsvermənin dördüncü dövrəsində 87 səs “lehinə” və 2 səs “əleyhinə” olmaqla seçilib.

Dövlət başçısının səlahiyyət müddəti 5 ildir, lakin Albaniyada o, əsasən mərasim funksiyalarını icra edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR