Antalyada alkoqollu içkilər qadağan edilir

Türkiyənin Antalya bölgəsində ictimai yerlərdə alkoqollu içkilərin alışı, satışı və qəbul edilməsi qadağan edilib.

Qafqaznews.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Antalya Polis İdarəsindən verilən açıqlamada bildirilir ki,qanuna əməl etməyən şəxslər barəsində cinayət işi açılacaq.

Açıqlamada qərarın Antalya valiliyi tərəfindən verildiyi bildirilir.

Bu qərarın vətəndaşların narahat edilməsi, bölgədə qanunazidd hərəkətlərə son qoyulması, təhlükəsizliyin qorunması baxımından vacib olduğu vurğulanır.

Bundan əlavə, alkoqollu içkilərdən təbiət qoynunda və park edilmiş nəqliyyat vasitələrində qəbulu tam məhdudlaşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR