Apreldə yağan qar Şəkini ağ örpəyə bürüdü – VİDEO – FOTO

Şəkidə şəhər ərazisində qar müşahidə olunmasa da ətraf ərazilər nazik ağ örpəyə bürünüb. Qarın ilin bu vaxtında yağmasının isə təbiətə xeyri olduğu kimi zərəri də ola bilər. ARB Şəki xəbər verir ki, aprel ayında müşahidə edilən qarlı hava şəraitini normal qəbul edənlərlə yanaşı anomal hal olduğunu deyənlər də var.

Sakin: “Aprel ayıdı. Məncə yox da”.

Sakin: “Biz tərəfə ziyanı olsa da, aran yerlərə taxıla zada xeyirlidir”.

Sakin: “Xeyiri olmağa çoxdur, amma açan çiçəklərini yandırır. Meyvə olmaya bilər”.

 
Sakin: “Neçə ildir ki, adət halını alıb. Hər apreldə yağır. Hələ elə olur mayda da yağır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR