Ötən şənbə günü Bolnisi munisipalitetinin Mamxuti Saraclı kəndində Aşıq Hüseyn Saraclının anım günü keçirilib. Ustadın bu anım günü hər il ənənəvi olaraq aprelin ikinci şənbə günündə keçirilir. Bu anım günü artıq 27-ci ildir ki, keçirilir.başqa-başqa yerlərdən gələnlər bir qayda olaraq kənd qəbiristanlığında ustad aşıq hüseyn Saraclının qəbri ziyarət olundu. Sonra onun kəndin mərkəzində qoyulmuş büstü önündə Gürcüstan Birləşmiş Aşiqlar İttifaqının sədri Xəlil Hüseynov, Borçalı şair və yazıçıları, ictimaiyyət nümayəndələri və kənd deputatı, çıxış edərək görkəmli Borçalı aşığı ilə bağlı xatirələrini söyləyiblər.
Borçalı aşıqlarından Aşıq Alı Faxralı , ustadın sonbeşik şəyirdi olan Murad Kövrək aşıq Neymət Hüseyinov, aşıq Şahid Geysərov, aşıq Ayaz İncəli, aşıq Məsim, aşıq Samir Goculu, və başqaları aşıq mahnıları ilə ustad sənətkar aşıq Hüseyn Saraclını yad ediblər. Tədbirdə sazsevənlər, Tiflisdən, Bakıdan, Marneulidən, kəndlərindən gələn ziyalılar, Jurnalistlər, gənclər və ictimaiyyət nümayəndələri, eləcə də yerli sakinlər, kəndin rəhbər işçiləri iştirak ediblər.
Hörmətlə: Mirzə Məmmədoğlu
az.gpb.ge