Avtomobili ağaca vuran 23 yaşlı sürücü öldü – VİDEO

Şəmkir rayon sakini 23 yaşlı Elmir Yunisli idarə etdiyi “VAZ 21011” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
ARB TV xəbər verir ki, nəticədə sürücü hadisə yerində ölüb.
Deformasiyaya uğrayan avtomobildə sıxılan meyit hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.
2 sərnişin, Düyərli kənd sakinləri – 22 yaşlı Amin Yuniszadə və 25 yaşlı Sadiq İsrafilov müztəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Tovuz rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR