Avtomobilləri artıq mobil telefonlar vasitəsilə idarə etmək mümkündür – VİDEO

Avtomobili internet vasitəsi ilə istənilən məsafədə işə salan, qapılarını açıb-bağlayan, hətta cızılanda belə sahibinə məlumat ötürə bilən sistem mövcuddur.

Qafqaznews.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda avtomobillərə quraşdırılan bu yeni qurğu və idarəetmə proqramının qiyməti 700-1600 manat arasında dəyişir.

Avtomobilin təhlükəsizlik və xəbəredici sistemi adlandırılan bu cihaz avtomobili internet vasitəsilə istənilən məsafədən işə salmaq və nəzarət etməyə imkan verir. Hətta bu proqram avtomobilə edilən müdaxilələr barədə də sahibinə məlumat verir.

Avtomobilə quraşdırılan qurğu və onun idarə edilməsi üçün nəzərdə tutulan proqram vasitəsilə avtomobili 24 saat təqib etmək, dövrü dəyişilməli olan detalların işləmə müddətini öyrənmək olar. Sistemin işləməsi üçün internet lazımdır.

Məlumat üçün qeyd edək ki, bu sistemi istənilən avtomobilə qoşmaq olur və sürücüyə qurğunun avtomobilin digər detallarına zərər vurmayacağı ilə bağlı zəmanət verilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR