Aydın Əliyev “pomidor qalmaqalı”ndan danışdı – “Rusiya elə bilirdi ki…”

“Spesifik idxal rüsumların tətbiqi nəticəsində bu ilin 3 ayında Türkiyədən Azərbaycana cəmi 350 ton pomidor idxal olunub”.

“Qaynar” “Marja”ya istinadən xəbər verir ki, bunu “Caspian Energy Forum”da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

“Bu yaxınlarda Rusiyadan Azərbaycana böyük nümayəndə heyəti gəlmişdi. Onlar Azərbaycandan ixrac olunan pomidorların Türkiyə istehsalı olduğundan şübhələnirdilər.

Nümayəndə heyəti ölkəmizdə aqrar inkişafı öz gözləri ilə gördülər və ixrac olunan pomidorun Azərbaycan istehsalı olduğuna inandılar.

Qeyd edim ki, bu ilin ilk rübündə Türkiyədən Azərbaycana cəmi 350 ton pomidor idxal olunub. Azərbaycandan Rusiya, Qazaxıstan və Ukraynaya isə on minlərlə ton pomidor ixrac edilib”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR