AZAL-dan son 3 ildə 2-ci antirekord

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.

1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb.

Qafqaznews.az goal.az-a istinadən xəbər verir ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb.

Lakin 3 il öncə bakılılar daha çox – 36 matçda 17 məğlubiyyətə üzülüb. 2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR