Bakı sakini hədələnərək 720 min dollarlıq borc sənədinə imza atıb

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.

Qafqaznews.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib.

Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR