Bakı yollarında sürət həddi artırıldı

Qafqaznews.az avtosfer.az-a istinadən xəbər verir ki, bu yenilik dünəndən tətbiq edilib. Üzü Sumqayıt istiqamətində hərəkət edən avtomobillər körpüyə qalxandan sonra 80 km/saat sürətlə hərəkət edə biləcəklər. Körpüdən sonra isə sürət 90 km/saatdır.

Lakin körpüdə tətbiq edilən yeniliklə bağlı bir çatışmazlıq var. Belə ki, “20 Yanvar”dan “Şamaxınka”ya gedərkən sola ayrılan yoldan əsas yola qoşulan sürücülər üçün sürət nişanı təkrarlanmır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, orada sürücülər onsuz da sürət rejimini kütləvi pozurdular, xüsusən də körpünün aşırımından sonra: “Bundan sonra artıq qanuni şütümək olacaq. Sürücülərin daha intizamlı olduğu ölkələrə fikir versəniz görərsininiz ki, avtobanın da tuneldən keçən hissəsində sürəti 120-130 km/saatdan 80-dək endirirlər. Yəqin bizimkilər də bundan ruhlanıblar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR