Bakıda bədii gimnastika üzrə dünya Kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərdi və qrup hərəkətlərində qaliblərinin və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə, Bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Marina Durunda iştirak ediblər.

Həmçinin ən yaxşı ifaya və ən yüksək bala görə xüsusi təsis edilmiş mükafatı Azərbaycan gimnastika Federasiyasının AGF Trophy təqdim olunub.

Fərdi çıxışlarda Rusiya gimnastı Aleksandra Soldatova mükafata layiq görülüb, qrup komandaları arasında isə İtaliya yığması.

“AGF Trophy”ni gimnastlara Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov təqdim edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR