Bakıda iki nəfər güllələnib

Bakıda silahlı insident olub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR