Bakıda kirayənişini tərəfindən başı kəsilən ev sahibinin FOTOsu yayıldı

Ev sahibi 25 yaşlı kirayənişinini arvadı ilə tutub
BAKU.WS xəbər verir ki, Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub.  APA-nın məlumatına görə Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində dörd bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir,  F.İsmayılovun evində kirayədə yaşayıb. F.İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ.Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F.İsmayılovu bıçaqlayıb.
Hadisəni törədən İ.Əhmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Hadisəni törədən şəxs, təxminən, bir həftə idi ki, Fail İsmayılovun evində kirayədə yaşayırdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR