Bakıda ən ucuz taksi xidməti hansıdır? – Rəqəmlər

Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı təklifi birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, tanınmış iqtisadçı Vüqar Bayramovun vahid tarifin müəyyən ediləcəyi təqdirdə qiymətlərin bahalaşacağını, taksi xidmətləri arasında rəqabətin olmayacağını və bu xidmətin sıradan çıxacağını bildirib. İqtisadçı həmçinin bildirib ki, devalvasiyaya baxmayaraq, xidmətini bahalaşdırmayan azsaylı sahələrdən biri də taksilərdir. Ona görə də bu sahədə sözügedən qərarın əlehyinə çıxış edib.

Mövzunun aktuallığını nəzərə alaraq, paytaxtda fəaliyyət göstərən taksi xidmətlərinin təklif etdikləri qiymətləri araşdırdıq.

Ünvan kimi “Memar Əcəmi” metrosundan “Nəriman Nərimanov” metrosuna kimi olan ərazini seçdik. Kiçik araşdırmamızı təqdim edirik:

– “Salam taksi” (*9933) – 2,67 manat

– “Bakı taksi” (0635) – 5,85 manat

– “189 Taxi” (*189) – 4,20 manat

– “City Taxi” (*8844) – 3,98 manat

– “Ekonom taksi” (*9111) – 3,90 manat

– “Taxi24” (*2424) – 3,80 manat

– “Felix Taxi” (*5959) – 3.69 manat

– “Elit Taxi” (*6969) – 3,53 manat

– OK taxi (*3003) – 3,51 manat

– “Ulduz taksi” (*5000) – 3,51 manat.

– “Çiçək taksi” (*5151) – 3,10 manat

– “Zərif taksi” (*7177) – 4.80 manat (Yalnız xanımlar üçün fəaliyyət göstərir)

Qeyd edək ki, ekspert Vüqar Bayramov vahid tarix əvəzinə, maksimum tarifin müəyyənləşdirilməsini təklif edib. Onun sözlərinə görə, bu, həm əhalinin maraqlarına uyğun olar, həmçinin rəqabət mühitinə şərait yaradar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR