Bakının məşhur gecə klubunda qadın döyülüb – FOTO

Bakının Səbail rayonundakı məşhur gecə klubunda qadın ofisiant döyülüb.

Qafqaznews.az Report-a istinadən xəbər verir ki, “Tarqovi” kimi tanınan ərazidə yerləşən “Night Office” klubuna müştəri kimi gələn orta yaşlı kişi 27 yaşlı Mənsimova Aysel Bəkir qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın müştəri tərəfindən döyülüb. A.Mənsimova ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR