Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov Beyləqanda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən  Qafqaznews.az-a verilən məlumata görə, qəbul aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında olacaq.

Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd sakinləri iştirak edə bilərlər. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu-və[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR