“Başqasının qollarında gəzən…” – Tolik Səmradan nələr danışdı nələr…

Prodüser Tarix Əliyev (Tolik) “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli ilə bir araya gəlib.

BiG.AZ xəbər verir ki, Tolik ifaçı ilə münasibətlərinin yaxşı olduğunu bildirib:

“Bu da Səmra. Heç bir tanışlığımız yox idi, amma anası ilə tanış idim. Bu günlərdə bir məclisdə idik və səmimiyyətinə inandım. Çünki bu qədər onun haqqında nə fikir dedim, heç vaxt çıxıb mənə cavab vermədi. Ona görə yox ki, məndən qorxdu. Bəlkə də mənim ilərlə əldə etdiyim təcrübəmə baxıb və düşünüb ki, əslində mən nə demişəmsə onun xeyrinə demişəm. Çünki özünə də dedim ki, ətrafında olan jurnalist dostların səni insanlara yalnız açıq-saçıq geyiminlə, hamını heyrətləndirdiyindən yazıb və səni Səmra kimi tanıtdı. Məncə estradaya yaraşan və səs, faktura olan gənc qızın yolu səhnə oldusa, orda da müğənni kimi uğur qazanmalıdır. Səmra, uğurların bol olsun”.

Xatırladaq ki, prodüser bir müddət əvvəl Səmranın müsabiqə vaxtı geyimi və hollandiyalı yarışmaçının qucağında olan fotosunu tənqid edib, bu sözləri demişdi:

“Onun Azərbaycanı təmsil etdiyi vaxtlar etdiyi bəzi hərəkətlər özü üçün xoş olsa da, amma bir azərbaycanlı kimi mənə xoş deyildi. Çünki o, ilk dəfə idi ki, böyük arenaya düşmüşdü. Siz bilirsiniz ki, Hollandiyada kişi yoxdur, gərək lupa ilə axtarasan. Başqasının qollarında gəzmək, nə bilim… Bu da onun öz seçimi idi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR