Berlin Almaniyanın ən təhlükəli şəhəridir

Berlin Almaniyanın ən təhlükəli şəhərləri reytinqində birinci pillədədir.

Oxu.Az xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.

2016-cı ildə 100 min sakini olan Almaniya paytaxtında 16161 qanun pozuntusu qeydə alınıb.

Rəsmi statistikanı bazar ertəsi Almaniyanın DİN rəhbəri Tomas de Mazyer təqdim edəcək.

Siyahıda cinayət hallarının sayına görə ikinci yerdə Leypsiq (hər 100 min sakinə 15811 qanun pozuntusu) qərarlaşıb. Üçüncü yerdə isə hər 100 min sakinə 15671 cinayət hadisəsinin düşdüyü Frankfurt Mayn dayanır. Qeyd edək ki, 2015-ci ilin yekunlarına görə, ölkənin ən təhlükəli şəhəri məhz Frankfurt Mayn elan olunmuşdu.

Ölkənin ən təhlükəsiz şəhəri yenidən Münhen elan olunub. Bu şəhərdə cinayətlərin sayı Berlinlə müqayisədə 2 dəfə – hər 100 min sakinə cəmi 7909 qanun pozuntusu – azdır.

Almaniyanın ən təhlükəsiz şəhərləri siyahısında, həmçinin, Auqsburq, Oberhauzen və Visbadenin də adları var.

N.O.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR