Berluskoni siyasətə quzu ilə qayıdır – VİDEO – FOTO

İtaliyanın sabiq baş nazirim, 80 yaşlı Silvio Berluskoni böyük siyasətə qayıtmaq niyyətindədir. O, 31 yaşlı sevgilisi Françeska Paskale ilə birlikdə Pasxa bayramına həsr olunmuş reklama çəkilib.

Milli.Az European-a istinadən bildirir ki, Corriere della Sera-nın yaydığı videoda Berluskoni 5 quzunu qucaqlayır, sonra pastoral mənzərənin anturajında onlara süd verir.

“Həyatın müdafiəsinə qalxın, vegetarian Pasxanın xeyrinə seçim edin!” – S.Berluskoni deyib.

Çəkilişlərə İtaliyanın Heyvanları Müdafiə Liqasının prezidenti Miçela Vittoria Brambilla da qatılıb.

S.Berluskoni İtaliyanın Heyvanları Müdafiə Liqasının başladığı “Vegetarian Pasxa uğrunda!” hərəkatının “reklam siması”dır.

Video sosial şəbəkələrdə #PasquaVeg heşteqi ilə paylaşılıb.

İtalyanlarda Pasxa bayramında quzu və ya çəpiş əti ənənəvi təamlar arasındadır

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR