“Biz heç vaxt ər-arvad ola bilmərik…” – ATV-nin gözəl aparıcısı SİRR AÇDI

Aktrisa, aparıcı Kəmalə Piriyeva rol aldığı “Ər və arvad” serialından bəhs edib.

Aktrisa “ATV kulis” verilişində deyib ki, tərəf müqabili, Yaşar obrazını canlandıran Elcan Rəsulovla tez-tez dalaşırlar:

“Əvvəl Elcanla problem yaşayırdıq, indi münasibətimiz yaxşıdır. Biz həyatda heç vaxt ər-arvad ola bilmərik. Hərdən deyirəm ki, danışmayaq, qırğın olacaq. Ssenarini dəyişmək də mümkün deyil. İki aktyoruq, hansımızı dəyişəcəklər? Serialda Yaşara tez-tez öküz deyirəm, həyatda da Elcana elə müraciət edirəm”.

K.Piriyeva “Şəxsi həyata görə işi atarsan” sualına belə cavab verib:

“Aktrisalığı da, aparıcılığı da ata bilərəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR